Xəzər Xəbər

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Dünya | 12:30 • 26 Fevral 2021
Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib

“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türkü qardaşlarımızın ağrısını ürəyimizdə yaşamağa davam edirik”.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "twitter" səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşımında bildirilib.

“Beşikdəki körpələri belə öldürməkdən çəkinməyən caniləri unutmadıq və unutdurmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik!”, - deyə qeyd olunub.

Xəbər lenti