Xəzər Xəbər

Paşinyan prezident Sarkisyana çağırış etdi

Dünya | 17:42 • 25 Fevral 2021
Paşinyan prezident Sarkisyana çağırış etdi

"Ona dedim ki, Onik Qasparyanın vəzifəsindən azad olunması barədə sərəncamı imzalamalısan. Əgər yox, onda bu deməkdir ki, o, müxalifətə qoşulub?".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanla telefon danışığının detallarını açıqlayan zaman deyib.

"O (Baş Qərargah rəisi Onik Qasparyan), xalqa qarşı ordunu qaldıra bilməz. Buna imkan vermərəm. Bütün hərbçilər isə xidmətlərinə qayıtsınlar", - baş nazir vurğulayıb.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik O.Qasparyanın istefaya göndərilməsi barədə prezidentə təklif göndərib./report

 

Xəbər lenti