Xəzər Xəbər

Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyan tərəfdarlarını meydanlara çağırdı

Dünya | 12:35 • 25 Fevral 2021
Ermənistanda hərbi çevrilişə cəhd - Paşinyan tərəfdarlarını meydanlara çağırdı

Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

N. Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.

“Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, - deyə o yazıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.

Xəbər lenti