Xəzər Xəbər

Paşinyanı ələ salan general işdən çıxarıldı

Dünya | 10:32 • 25 Fevral 2021
Paşinyanı ələ salan general işdən çıxarıldı

Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan işdən azad olunub.

Bu barədə prezident Armen Sarkisyan sərəncam verib.

Tiran Sarkisyanın istefaya göndərilməsinin səbəbi kimi Paşinyanın “İsgəndər” raketlərinin döyüşə yararlı olmaması barədə dediklərinə rişxənd etməsi göstərilir. Jurnalistin Paşinyanın həmin çıxışı ilə bağlı verdiyi suala general gülərək cavab vermişdi.

"“İsgəndər" raketinin döyüşə yararsız olması əlbəttə mümkün deyil. “İsgəndər"? Bir atış?... Cəmi 10%?... Üzr istəyirəm, əlbəttə bu qeyri-ciddi iddiadır”- deyə Xaçatryan rişxəndlə cavab vermişdi.

Xatırladaq ki, Tiran Xaçatryan ötən ilin oktyabrında Qarabağda gedən döyüşlərə görə baş nazir Nikol Paşinyan tərəfindən Ermənistanın Milli Qəhrəmanı adını layiq görülmüşdü.

Xəbər lenti