Xəzər Xəbər

ÜST Afrikaya vaksin göndərməyə başladı - İlk ölkə Qana oldu

Dünya | 18:16 • 24 Fevral 2021
ÜST Afrikaya vaksin göndərməyə başladı - İlk ölkə Qana oldu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yoxsul ölkələr üçün vaksin əlçatanlığını təmin etmək məqsədilə hazırladığı "COVAX" proqramı çərçivəsində Afrika ölkələrinin vaksin tədarükü başlayıb.

XəzərXəbər unikal.org-a istinadən bildirir ki, bu proqramla vaksin tədarük edən ilk Afrika ölkəsi Qana olub. Hindistanda istehsal olunmuş "Astra/Zeneca" vaksinlərindən 600 min dozalıq partiya Qananın paytaxtı Akradakı hava limanına çatdırılıb.

ÜST-ə təşəkkürünü bildirən Qana rəsmiləri Afrika "COVAX" proqramı ilə vaksin əldə edən ilk ölkə olmaqdan məmnunluqlarını ifadə ediblər.

Xəbər lenti