Xəzər Xəbər

İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxdu

Bunu İranın Koronavirusla mübarizə qərargahının sözçüsü Əlirza  Rəisi deyib. 
Dünya | 16:33 • 24 Fevral 2021
İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxdu

İranda 112 nəfər koronavirusun "Britaniya ştammı"na yoluxub.

XəzərXəbər APA-ya istinadən bildirir ki, bunu İranın Koronavirusla mübarizə qərargahının sözçüsü Əlirza  Rəisi deyib. 

O əlavə edib ki, indiyədək koronavirusun "Britaniya ştammı"na yoluxmuş şəxslərdən 8 nəfəri vəfat edib. 

Qeyd edək ki, İranda indiyədək koronavirusdan 59 663 nəfər həyatını itirib, bu virusa yoluxanların sayı isə 1 590 605 nəfərə çatıb.

Xəbər lenti