Xəzər Xəbər

Dünyanı virusdan daha böyük təhlükə gözləyir - hər şey tükənəcək...

İngiltərənin Baş naziri Boris Conson həm ölkəsini, həm də dünyanı narahat edən mövzularla əlaqədar əhəmiyyətli açıqlamalar verib.
Dünya | 15:23 • 24 Fevral 2021
Dünyanı virusdan daha böyük təhlükə gözləyir - hər şey tükənəcək...

İngiltərənin Baş naziri Boris Conson həm ölkəsini, həm də dünyanı narahat edən mövzularla əlaqədar əhəmiyyətli açıqlamalar verib.

XəzərXəbər bildirir ki, B.Conson dünyanın gələcəyi üçün epidemiyadan daha böyük bir təhlükə olduğuna işarə edib. O, iqlim dəyişikliyinin ciddi qlobal təhlükə olduğunu diqqətə çatdırıb:

"İqlim dəyişikliyi geopolitik və qlobal problemdir. Bununla mübarizə aparmasaq, qeyri-sabitlik və qarşıdurmalar artacaq. Atmosferi çirklənmədən qorumalıyıq".

Məşhur təbiətşünas Devid Attenburq da iqlim dəyişikliyini ən böyük problem kimi qiymətləndirərək bunları deyib:

"Yolumuza eyni qaydada davam etsək, qida istehsalı, təmiz su mənbələri, yaşana bilən istilik və okean qida zənciri kimi təhlükəsizliyimizi təmin edən hər şey tükənəcək. Təbiət əsas ehtiyaclarımızı qarşılaya bilməsə, geridə qalanlar da sürətlə məhv olacaq".//redaktor.az

Xəbər lenti