Xəzər Xəbər

Ermənistanda hərbçilər arasında qarşıdurma

Dünya | 14:28 • 24 Fevral 2021
Ermənistanda hərbçilər arasında qarşıdurma

Ermənistanda hərbi hissələrdən birində məzuniyyətdən xidmətə qayıtmaq istəməyən əsgərlərlə zabitlər arasında qarşıdurma olub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bununla bağlı açıqlama yayıb.

Bildirilir ki, fevralın 23-də bir qrup hərbçi və onların yaxınları əsgərlərin daimi yerləşdirmə yerlərinə qayıtmasının qarşısını almağa çalışıblar. Nəticədə qarşıdurma baş verib. Qarışıqlıqdan istifadə edən bir neçə əsgər hərbi hissəni tərk edib. 

Bölmənin komandanlığı rəsmi araşdırma təyin edib, hərbi polis tərk edilmiş əsgərləri axtarır və onlara qarşı cinayət işləri başlanacaq.

 

Xəbər lenti