Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Narkobaron “El Çapo”nun xanımı saxlanıldı

"El Çapo” ləqəbli meksikalı narkobaron Xoakin Qusmanın xanımı Emma Koronel Aispuro beynəlxalq narkotik qaçaqmalçılığı cinayətinə görə saxlanılıb.
Dünya | 63 | 13:43 • 23 Fevral 2021
Narkobaron “El Çapo”nun xanımı saxlanıldı
"Associated Press” nəşri xəbər verir ki, Aispuronun bu gün Virciniya ştatında Dalles Beynəlxalq Hava Limanında saxlanıldığı və Vaşinqtonda hakim qarşısına çıxarılacağı bildirilib.
 
Ədliyyə Nazirliyinin açıqlamasında onun ABŞ-a heroin, kokain və metamfetamin kimi narkotik maddələr gətirməkdə təqsirləndirildiyi qeyd edilib.
 
Qeyd edək ki, "El Çapo” ləqəbi ilə tanınan Xoakin Arçivaldo Qusman Loera Meksikanın narkotik qaçaqçılıq kartellərinin ən böyük başçılarındandır. O, 2014-cü ildə həbs olunmağına baxmayaraq, həmin ilin 14 avqust tarixində həbsxanadan 1,5 kilometrlik yeraltı tunel qazdıraraq qaçmağa müvəffəq olub. 8 yanvar 2016-cı ildə yenidən həbs edilib, 19 yanvar 2017-ci ildə Meksikadan ABŞ-a ekstradasiya olunub./Sfera.az

Çox oxunanlar