Xəzər Xəbər

Gürcüstanın yeni Baş naziri təsdiqləndi

Dünya | 11:41 • 23 Fevral 2021
Gürcüstanın yeni Baş naziri təsdiqləndi

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qərarına əsasən İrakli Qaribaşvilinin Baş nazir təyin olunması haqqında sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

Sərəncamda deyilir: “Gürcüstan Konstitusiyasının 56-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, İrakli Qaribaşvili Gürcüstanın Baş naziri təyin edilsin”.

Xəbər lenti