Xəzər Xəbər

Avropa Birliyi yaponlar üçün sərhədlərini bağlamaq istəyir

Dünya | 10:24 • 27 Yanvar 2021
Avropa Birliyi yaponlar üçün sərhədlərini bağlamaq istəyir

Avropa Birliyi (AB) Yaponiya vətəndaşlarına AB-yə qeyri-rəsmi giriş icazəsi verilən ölkələr siyahısından çıxarmaq niyyətindədir.


Bu barədə "Bloomberg” agentliyinə istinadən xəbər verir.


Bildirilir ki, qərar Yaponiyada koronavirusa yoluxma hallarının artması ilə əlaqələndirilir.


Məlumata görə, AB-nin yenilənmiş "ağ siyahısında" Avropa Birliyi vətəndaşlarına səfər etməyə icazə veriləcək yalnız yeddi dövlət yer alacaq. Bunlar Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailanddır./report

Xəbər lenti