Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Kraldan məşuqəsinə şok hədiyyə - Əvvəlcə xəyanətdə ittiham etdi, sonra...

Dünya | 222 | 09:51 • 27 Yanvar 2021
Kraldan məşuqəsinə şok hədiyyə -

Kraliça Sutida ilə evlənən Tailand kralı "rəsmi məşuqəsi” Sineenatın qaçılmaz yüksəlişi, arada axsasa da davam edir.


Kral Sineenatı ad günü hədiyyəsi olaraq kraliça statusuna qaldırıb.


Kral əvvəlcə "rəsmi məşuqə” elan etdiyi, sonra onu xəyanətdə günahlandıraraq həbsxanaya atdırdığı, sonra bağışlayıb Almaniyadakı hərəmxanasına apardığı, daha sonra bütün rəsmi titullarını geri qaytardığı sevgilisinə daha bir hədiyyə verib.


Şəxsi həyatı ilə yanaşı, ölkəsində özünün əleyhinə nümayişlərlə gündəmdə olan və beynəlxalq mətbuatda "pleyboy” adlandırılan Kral Maxa Vaçiralonqkorn Sineenat Vanqvajirapakdini 36 yaşında "ikinci kraliça” elan edib.


Cütlük ad günündə paytaxt Banqkokdakı Vasuxri körpüsündə keçirilən buddist mərasimində bir balıq və quşu azad edib, hər ikisi eyni rəngdə paltar geyinib.


Kral Maxa 2019-cu ilin may ayında keçmiş mühafizəçisi, 42 yaşlı Kraliça Sutida ilə evlənib və iki ay sonra Sineeatı "rəsmi məşuqəsi” elan edib. Kraliça Sutida da Sineenatın bu adı aldığı mərasimdə iştirak edib./Teleqraf.com

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,025 | 11:28 • 24 Mart 2021