Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

Nikolun BAŞI DƏRDƏ: Diplomatik pasportu oğurlandı

Dünya | 186 | 23:14 • 26 Yanvar 2021
Nikolun BAŞI DƏRDƏ:

Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu ötən ilin 10 noyabrında ölkə hökumətinin binasına soxulan şəxslər tərəfindən oğurlanıb.


Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan "Armenpress" agentliyinə bildirib.


Hökumət binasından ümumilikdə 14 diplomatik pasport oğurlanıb, onların hamısı etibarsız hesab edilib.


"Bu pasportlar arasında baş nazirin də diplomatik pasportu vardı", - Naqdalyan deyib.


Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri Dağlıq Qarabağda atəşin dayandırılması haqqında birgə bəyanat qəbul ediblər. Bəyanatın elan olunmasından sonra Ermənistanda kütləvi iğtişaşlar baş verib. Minlərlə insan hökumət binalarına soxularaq talanlar, dağıntılar törədib./report

Çox oxunanlar