Xəzər Xəbər

Krasnoyarskda növbəti dəfə "qara səma" rejimi elan edildi

Dünya | 23:09 • 26 Yanvar 2021
Krasnoyarskda növbəti dəfə "qara səma" rejimi elan edildi

Rusiyanın Krasnoyarsk şəhəri ərazisində cari ilin əvvəlindən üçüncü dəfə "qara səma” rejimi elan edilib.


Bu barədə Rusiyanın İstehlaka nəzarət regional baş idarəsi bildirilib.


"Krasnoyarsk ərazisinin atmosferində əlverişsiz meteoroloji şərait olduğundan havada zəhərli tullantıların olacağı gözlənilir”, - məlumatda vurğulanıb.


Orqanizmə zəhərli kimyəvi maddələrin daxil olacağı barədə xəbərdarlıq edilib və bu səbəbdən sakinlərə açıq hava şəraitində daha az olmaq məsləhət görülür./report

Xəbər lenti