Bakı 9 ℃
Xəzər Xəbər
USD 1.7

İranlı professor ABŞ-da həbs edildi

Dünya | 148 | 16:53, 25 Yanvar
İranlı professor ABŞ-da həbs edildi

İran universitetlərindən birinin professoru Kavə Əfrasiyabi İslam Respublikasının maraqlarına lobbiçilik edən agent kimi qeydiyyatdan keçmədiyi üçün həbs edilib.


Məlumatı "Fars” agentliyi yayıb.


ABŞ-ın Ədliyyə Nazirliyi bildirib ki, Kave Lütfullah Əfrasiyabi qanunsuz fəaliyyətə görə Massaçusets ştatının Uotertaune şəhərində öz evində həbs edilib. İddiaya əsasən, o, İran hökumətinin və İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin gizli əməkdaşı olub. K.Əfrasiyabiyə bu istiqamətdə fəaliyyətinə görə, pul ödənilib.


İranın BMT-dəki nümayəndəliyinin mətbuat katibi Əlirza Miryusifi ABŞ-ı tənqid edərək bildirib ki, prezidenti Donald Tramp administrasiyası anti-İran "fantaziyası” ilə seçilib: "Doktor Əfrasiyabi agent deyil, universitet professoru və beynəlxalq münasibətlər üzrə ekspertdir”


İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də Əfrasiyabinin həbsinə görə ABŞ-ı tənqid edib, hadisəni insan hüquqları və söz azadlığının ciddi şəkildə pozulması kimi qiymətləndirib./report

Çox oxunanlar