Xəzər Xəbər

Əfqanıstanda İtaliya səfirliyinin zirehli avtomobili partladıldı

Dünya | 16:35 • 25 Yanvar 2021
Əfqanıstanda İtaliya səfirliyinin zirehli avtomobili partladıldı

Əfqanıstanın paytaxtı Kabil şəhərində İtaliya səfirliyinə məxsus zirehli avtomobil partladılıb.


Bu barədə "Tolo News” məlumat yayıb.


Hadisə nəticəsində bir nəfər yaralanıb.


"İtaliya səfirliyinin maşını kustar üsulla düzəldilmiş partlayıcının hədəfi olub. Bir nəfər yüngül yaralanıb”, - deyə nəşr qeyd edib.


Sözügedən avtomobilin səfirliyin yerli əməkdaşlarının daşınması üçün istifadə edildiyi qeyd olunur.


Terror aktı ilə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib./oxu.az

Xəbər lenti

Çox oxunanlar