Xəzər Xəbər

Marselo Rebelo di Souza yenidən Portuqaliya Prezidenti seçilib

Dünya | 13:17 • 25 Yanvar 2021
Marselo Rebelo di Souza yenidən Portuqaliya Prezidenti seçilib

Yanvarın 24-də Portuqaliyada baş tutan prezident seçkilərində ölkənin hazırkı dövlət başçısı 72 yaşlı Marselo Rebelo di Souza qalib gəlib.


Xezerxeber.az xəbər verir ki, 99,9 faiz bülletenlər hesablandıqdan sonra Marselo Rebelo di Souza səslərin 60,7 faizini toplayıb. 


Marselo Rebelo di Souza bütün dairələrdə qələbə qazanıb. Bu, prezident seçkiləri tarixində ilk dəfə baş verir.


Seçicilərin 12.93 faizinin səsini qazanmış prezidentliyə namizəd Ana Qomeş toplanmış səslərin sayına görə ikinci yerdə olub.

Xəbər lenti