Xəzər Xəbər

Futbolçuları daşıyan təyyarə qəzaya uğrayıb

Dünya | 10:04 • 25 Yanvar 2021
Futbolçuları daşıyan təyyarə qəzaya uğrayıb

Braziliyada futbolçuların olduğu təyyarə qəzaya uğrayıb.


"Globo” nəşrinin verdiyi məlumata görə, Portu-Nasiunal şəhərində (Tokantis ştatı) baş verən qəza nəticəsində 6 nəfər həyatını itirib. Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb.


Bildirilib ki, təyyarədə pilotdan əlavə dörd futbolçu və Braziliyanın dördüncü divizionunun "Palmas" klubunun prezidenti olub.

Xəbər lenti