Xəzər Xəbər

Dünyada daha 577 mindən çox insan koronavirusa yoluxub

Dünya | 09:12 • 25 Yanvar 2021
Dünyada daha 577 mindən çox insan koronavirusa yoluxub

Dünyada son sutka ərzində 577 301 nəfər koronavirusa yoluxub, 13 688 nəfər ölüb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.


Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 97 464 094 yoluxma hadisəsi, 2 112 689 ölüm faktı qeydə alınıb.


Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (323 950), payına düşür. Digər yerləri isə Avropa (166 047) və Cənub-Şərqi Asiya (29.198) bölüşür.

Xəbər lenti