Xəzər Xəbər

ABŞ-da COVID-19 vaksinlərini qarışdırmağa icazə verildi

Dünya | 11:26 • 24 Yanvar 2021
ABŞ-da COVID-19 vaksinlərini qarışdırmağa icazə verildi

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) vaksinasiya ilə bağlı tövsiyələrini dəyişdirib.


Bu barədə "The New York Times” xəbər verib.


Yeni təlimatlara əsasən, müstəsna hallarda xəstələr üçün ABŞ tərəfindən təsdiqlənmiş COVID-19 preparatının iki dozasından birini başqa koronavirus peyvəndi ilə əvəz etmək olar.


Bununla belə, Mərkəz peyvəndlərin qarışdırılmasının təhlükəsizliyi və effektivliyi məsələsinin araşdırılmadığını vurğulayıb.


Bundan əlavə, peyvənd dozaları arasındakı müddətin altı həftəyə qədər uzadılmasının mümkünlüyü bildirilib.


CDC-dən bildirilib ki, bu addımda məqsəd insanlara fərqli bir şey təklif etmək deyil, müstəsna hallarda həkimlərə rahatlıq təmin etməkdir.


Qeyd edək ki, Mərkəz bundan əvvəl vaksinləri qarışdırmağın düzgün olmadığını bildirmişdi./oxu.az

Xəbər lenti