Bakı 2 ℃
Xəzər Xəbər
USD 1.7

ABŞ Mərkəzi Amerika ölkələrinə 4 milyard dollar yardım edəcək

Dünya | 103 | 09:35, 24 Yanvar
ABŞ Mərkəzi Amerika ölkələrinə 4 milyard dollar yardım edəcək

ABŞ miqrantların axınını azaltmağa kömək etmək üçün Mərkəzi Amerika ölkələrinə müəyyən məbləğdə maliyyə yardımı etməyi planlaşdırır.


Bunu Meksika prezidenti Andres Manuel Lopez Obrador bəyan edib.


Onun sözlərinə görə, vəsaitin ayrılması məsələsi onun ABŞ prezidenti Co Baydenlə telefonla danışığı zamanı müzakirə edilib:


"Mən laqeyd olmaq istəmirəm. Amma Bayden üç ölkəyə (Qvatemala, Honduras və Salvador - Red) 4 milyard ABŞ dolları məbləğində yardım edəcəyini açıqladı”./report

Çox oxunanlar