Bakı 6 ℃
Xəzər Xəbər
USD 1.7

Türkiyədə insan qaçaqmalçılığında şübhəli bilinən 72 nəfər saxlanılıb

Dünya | 198 | 15:50 • 23 Yanvar 2021
Türkiyədə insan qaçaqmalçılığında şübhəli bilinən 72 nəfər saxlanılıb

Türkiyədə İstanbul da daxil olmaqla 12 vilayətdə insan qaçaqçılığında şübhəli bilinən şəxslərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.


İstanbul Baş Prokurorluğu və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı barələrində həbs qərarı verilmiş 94 şübhəlidən 72-si saxlanılıb.


Digər şübhəlilərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. (AZƏRTAC)

Çox oxunanlar