Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Rusiya hərbçisi Ermənistanda ölüb

Dünya | 363 | 13:25 • 23 Yanvar 2021
Rusiya hərbçisi Ermənistanda ölüb

Rusiya hərbçisi Ermənistanın Gümrü şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi məlumat yayıb.


Məlumatda deyilir ki, Gümrü qarnizonunun rəhbərliyi Ermənistan hüquq-mühafizə orqanları ilə birlikdə rusiyalı hərbçinin yol-nəqliyyat hadisəsində həlak olması faktını araşdırır.


Hadisə yanvarın 23-də səhərə yaxın baş verib. Rusiya hərbçisinin idarə etdiyi avtomobil yol kənarında dayanmış yük avtomobilinə çırpılıb. Nəticədə hərbçinin avtomobili yanıb.

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,025 | 11:28 • 24 Mart 2021