Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

Bayden Rusiya ilə münasibətləri dəyişməyəcək FOTO

Dünya | 153 | 17:59, 22 Yanvar
Bayden Rusiya ilə münasibətləri dəyişməyəcək

ABŞ Prezidenti Co Baydenin "Twitter”dəki rəsmi prezident hesabında məşhurlardan yalnız model və aparıcı Krissi Tayqeni izləməyə başlaması diqqət çəkib. 


"POTUS” adlı rəsmi hesabı istifadə etməyə başlayan ABŞ-ın 46-cı prezidenti hazırda cəmi 12 nəfəri izləyir.


Co Baydenin izlədiyi 12 nəfərin demək olar ki, hamısı siyasi simalardır. Belə ki, onlar arasında Ağ Evin Mətbuat katibi Cen Psaki, Milli İqtisadi Şuranın direktoru Brayan Diz, Daxili siyasət müşaviri Syusan Rays, birinci xanım Cil Bayden var.


Qeyd edək ki, Keçmiş ABŞ prezidenti Donald Trampın son həftələrdə məhdudiyyət qoyulmuş hesabı "Twitter” tərəfindən sıfırlanaraq Co Baydenə verilib./Sfera.az

Çox oxunanlar