Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

ÜST vaksinasiyadan sonra ölüm qeydə alınmadığını bildirdi

Dünya | 179 | 19:12, 21 Yanvar
ÜST vaksinasiyadan sonra ölüm qeydə alınmadığını bildirdi

COVID-19 peyvəndini vurduranlarda ölüm qeydə alınmayıb.


"RİA Novosti”nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisi Mariancela Simao bəyan edib.


Simao "Pfizer” peyvəndinin bazarda geniş istifadə edildiyini qeyd edib.


O, mediada vaksinlərin yan təsirləri barədə yazılanlara da toxunub. Mütəxəssisin sözlərinə görə, ən çox anafilaktik şok hallarına rast gəlinir ki, bu da bəzi insanların ciddi allergiyaya meylli olması ilə əlaqəlidir.


Mütəxəssisin sözlərinə görə, ÜST peyvəndlərin yan təsirlərini diqqətlə izləyir və tövsiyələrini yeniləyir. Hazırda 12 peyvənd effektivlik və təhlükəsizlik qiymətləndirməsini gözləyir./oxu.az

Çox oxunanlar