Xəzər Xəbər

Dünyada koronavirusdan sağalanların sayı 70 milyonu ötdü

Dünya | 18:40 • 21 Yanvar 2021
Dünyada koronavirusdan sağalanların sayı 70 milyonu ötdü

Pandemiyanın başlanğıcından bəri dünyada 2 086 159 nəfər koronavirusdan ölüb. Bu isə o deməkdir ki, virusa yoluxanların 3 %-i dünyasını dəyişib.


"Worldometers” xəbər verir ki, ötən gün rekord sayda - 17 350 nəfər pandemiyanın qurbanı olub.


İndiyədək dünyada 97 422 123 nəfərə COVID-19 diaqnozu qoyulub. Onların böyük hissəsi – 70 002 166 nəfəri sağalsa da, virusun yayılması səngiməyib. Hazırda dünyada aktiv xəstələrin sayı 25 333 798 nəfərdir.


İndiyədək ən çox yoluxma halı yanvarın 8-də qeydə alınıb – 839 342 nəfər.


Koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilən 111 962 pasiyentin vəziyyəti kritikdir./report

Xəbər lenti