Xəzər Xəbər

Bağdadda partlayış törədilib, həlak olanlar var

Dünya | 13:39 • 21 Yanvar 2021
Bağdadda partlayış törədilib, həlak olanlar var

Bu gün səhər saatlarında Bağdad şəhərinin mərkəzində partlayış törədilib.


Al Arabiya telekanalı xəbər verir ki, partlayış nəticəsində azı 12 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Bu barədə telekanala İraqın təhlükəsizlik orqanlarındakı mənbə məlumat verib. Partlayıcı qurğunun terrorçu-kamikadze tərəfindən işə salındığı bildirilir.


Al-Sumaria telekanalının yaydığı digər xəbərə görə, partlayış 8 nəfərin ölümünə səbəb olub, 15 nəfər zərər çəkib.

Xəbər lenti