Xəzər Xəbər

Qırğızıstan hökuməti istefaya göndərilib

Dünya | 13:10 • 21 Yanvar 2021
Qırğızıstan hökuməti istefaya göndərilib

Qırğızıstanda növbədənkənar prezident seçkilərində dövlət başçısı seçilən Sadır Japarov Baş nazir vəzifəsindən istefa verib, hökumət isə istefaya göndərilib.


Bu barədə jurnalistlərə Qırğızıstan Prezident Aparatının rəhbəri Suynbek Kasmambetov bildirib.


O deyib ki, Sadır Japarov hökumət üzvlərindən yeni hökumət formalaşanadək səlahiyyətlərini icra etmələrini xahiş edib. Yeni hökumətin yaxın günlərdə formalaşdırılması nəzərdə tutulur.


Xatırladırıq ki, Sadır Japarov prezidentliyə namizədliyini verənədək müvəqqəti olaraq ölkənin Baş naziri və Prezident səlahiyyətlərini icra edib. (AZƏRTAC)

Xəbər lenti