Xəzər Xəbər

Tramp 73 nəfəri əfv edib

Dünya | 11:11 • 20 Yanvar 2021
Tramp 73 nəfəri əfv edib

ABŞ Prezidenti Donald Tramp 73 nəfərin əfv edilməsi haqqında qərar qəbul edib.


Daha 70 nəfərin cəzası yüngülləşdirilib.


Ağ evin yaydığı məlumatda bildirilir ki, əfv olunanlar arasında Trampın keçmiş müşaviri Stiven Bennon da var. Tramp iş adamı Elliot Broydini də əfv edib.


Bundan başqa, əfv siyahısında ABŞ-ın Respublika Partiyasının siyasi məsləhətçisi Pol Erikson, reperlər Lil Uayn və Kodak Blek, "Uber Technologies” şirkətinin keçmiş mühəndisi Entoni Lenavdovski, Nümayəndələr Palatasının sabiq üzvü Piçard Rensi və digər şəxslərin də adı var. (APA)

Xəbər lenti