Bakı 2 ℃
Xəzər Xəbər
USD 1.7

FTB: Baydenin andiçmə mərasimi üçün təhlükə var

Dünya | 139 | 17:27, 19 Yanvar
FTB: Baydenin andiçmə mərasimi üçün təhlükə var

Federal Təhqiqatlar Bürosunun (FTB) əldə etdiyi məlumatlara görə, yeni seçilmiş prezident Cozef Baydenin 20 yanvar tarixində keçiriləcək andiçmə mərasiminə sağçı radikallar müdaxilə edə bilər.


"The Washington Post” xəbər verir ki, qurumun hazırladığı xüsusi hesabatda qarşıdakı mərasimə radikal qrupların, fərdi ekstremistlərin, o cümlədən Kapitoli binasına 6 yanvar hücumunda iştirak etmiş sui-qəsdlər nəzəriyyəsi "Qanon” tərəfdarlarının soxulmağa çalışa biləcəyi göstərilir.


Hüquq-mühafizə orqanlarına təqdim olunmuş hesabata əsasən, həmin qruplar andiçmə mərasiminə soxulmaq üçün Vaşinqtonda hansı ərazilərin daha əlverişli olduğuna dair müzakirələr belə aparıblar. O cümlədən "Qanon” tərəfdarları bu məqsədlə Milli Qvardiya əsgəri geyimində mərasim keçirilən salona necə girə biləcəklərini götür-qoy edirmişlər.


Xatırladaq ki, yanvarın 6-da prezident Donald Trampın tərəfdarları həmin gün 3 noyabr seçkilərinin nəticələrini müzakirə edən Konqresin binasına hücum ediblər. İğtişaşlar nəticəsində ölən və yaralananlar oldu, xeyli sayda etirazçı saxlanılıb. Sonradan müzakirələrini davam etdirən Konqres üzvləri C.Baydenin seçkilərdə qələbə çaldığını rəsmən təsdiqləyiblər./report

Çox oxunanlar

Neft ucuzlaşıb
28 | 09:28, 26 Fevral