Bakı 5 ℃
Xəzər Xəbər
USD 1.7

Sudanda millətlərarası qarşıdurma: 129 ölü, 198 yaralı var

Dünya | 399 | 09:11, 19 Yanvar
Sudanda millətlərarası qarşıdurma:

Sudanın Qərbi Darfur vilayətinin paytaxtı Əl-Qeneyna şəhərində baş vermiş millətlərarası qarşıdurmada 129 nəfər həlak olub. 


Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Al Jazeera” telekanalı məlumat yayıb.


Bildirilib ki, ötən şənbə günü başlayan qarşıdurmalar nəticəsində 129 nəfər ölüb, 198 nəfər yaralanıb.


Qərbi Darfur vilayətinin qubernatoru Məhəmməd əd-Dum şəhərdə təhlükəsizlik baxımından vəziyyətinin çətin olduğunu söyləyib.


Qeyd edək ki, tərəflər arasında yaranan silahlı insidentə səbəb şənbə günü şəhər sakininin qətlə yetirilməsi olub.

Çox oxunanlar