Xəzər Xəbər

Ermənistan ÇÖKÜR Avro və dollar bahalaşır, inflyasiya dərinləşir

Dünya | 18:27 • 16 Yanvar 2021
Ermənistan ÇÖKÜR

Ermənistan dramının devalvasiyası davam edir.


Bu barədə "Zoxovurd" erməni qəzeti bildirir.


Qeyd edilir ki, son həftə ərzində satışa çıxarılan dolların dəyəri ən az 1,5, avronun dəyəri 2, rus rublunun dəyəri isə 1,27 dram artıb.


"Dünən banklarda ABŞ dollarını minimum 527 dram qiymətinə almaq olardı, avronun dəyəri 648 və daha çox, Rusiya rublunun müəyyən edilmiş minimum məzənnəsi 7,27 idi. Noyabr ayının əvvəlində, müharibə zamanı isə 1 dollar 495 drama alınırdı. Beləliklə, bu müddət ərzində dollar ən azı 32 dram - təxminən 6,47 faiz bahalaşıb”, - qəzet yazır.


İqtisadçılar dolların kəskin bahalaşmasını vətəndaşlar arasında gələcəyə dair gözləntilərin olmaması ilə əlaqələndirir. Çünki insanlar pul ehtiyatlarını dollara çevirir.


Bundan başqa, dramın devalvasiyasını səbəblərdən biri dekabr ayında mağazalarda bir sıra ərzaq məhsullarının qiymətlərində artımdır.


Ölkədə inflyasiya meylləri 2021-ci ildə də davam edir./Publika.az

Xəbər lenti