Bakı 1 ℃
Xəzər Xəbər
USD 1.7

Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var

Dünya | 303 | 18:16, 16 Yanvar
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var

İndoneziyanın Sulavesi adasında ötən gün baş verən zəlzələdə ölənlərin sayı 46-a çatıb.


Bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib.


Bundan əvvəl 42 nəfərin öldüyü, 637 nəfərin də xəsarət aldığı bildirilmişdi. Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.


Xatırladaq ki, cümə gecəsi mərkəzi adıçəkilən əyalətin Mamucu şəhəri yaxınlığında yerləşən 6,2 manqitudalı zəlzələ baş verib. Təbii fəlakətdən dərhal sonra 15 minədək əhali yaşadıqları yerləri tərk etməli olub./report

Çox oxunanlar