Bakı -1 ℃
Xəzər Xəbər
USD 1.7

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

Dünya | 160 | 18:12 • 15 Yanvar 2021
Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

20 yanvarda vəzifəsinə başlayan ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden pandemiya fonunda iqtisadiyyatı stimullaşdırmaq üçün təxminən 1,9 trilyon dollarlıq planı açıqlayıb.


Bu barədə "Reuters” xəbər verir.


Bildirilir ki, Bayden ailələrə birbaşa yardım üçün təxminən 1 trilyon dollar, pandemiyandan zərər görən kiçik müəssisələrə kömək üçün 440 milyard dollar, pandemiya nəzarəti və peyvəndlərə 415 milyard dollar xərcləməyi təklif edib.


Bayden hesab edir ki, ABŞ sakinlərinə əvvəllər ABŞ Konqresində təsdiqlənmiş 600 dollara əlavə olaraq 1400 dollar ödənməlidir. O, əlavə işsizlik sığortası məbləğinin həftədə 300 dollardan 400 dollaradək artırılması təklifini də irəli sürüb.

Çox oxunanlar