Xəzər Xəbər

Çeçenistanda zəlzələ olub

Dünya | 09:30 • 13 Dekabr 2020
Çeçenistanda zəlzələ olub

Çeçenistanda 4,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb. Yeraltı təkanlar Qroznıdan təxminən 38 kilometr məsafədə qeydə alınıb.

Gecə saatlarında baş verən zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Zəlzələ Dağıstanda da hiss olunub. 

Dağıntı və itkilər barədə hər hansı məlumat daxil olmayıb. (qafqazinfo)


Sevinc 

Xəbər lenti