Xəzər Xəbər

Ermənistanın müdafiə naziri Rusiyaya səfər edib

Dünya | 17:53 • 12 Dekabr 2020
Ermənistanın müdafiə naziri Rusiyaya səfər edib

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyaya işgüzar səfər edib. Bu, yeni təyin olunmuş müdafiə nazirinin Rusiyaya ilk səfəridir.


Xezerxeber.az-ın "armeniasputnik.am" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin açılmasında deyilir.


Qeyd olunur ki, nazir Moskvada Rusiyanın müdafiə naziri general Sergey Şoyqu və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.


Xatırladaq ki, Ermənistan prezidenti noyabrın 20-də David Tonoyanın ölkənin müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Onu Vaqarşak Arutyunyan əvəzləyib.

Xəbər lenti