Xəzər Xəbər

Aktiv COVİD-19 xəstəsi taksi fəaliyyəti ilə məşğul olmağa cəhd edib

Dünya | 12:46 • 12 Dekabr 2020
Aktiv COVİD-19 xəstəsi taksi fəaliyyəti ilə məşğul olmağa cəhd edib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi müəyyən edilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, rayonun Böyük Əmili kənd sakini Y.Məhərrəmov virusun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa cəhd edib. Onun olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana göndərilib.


Oğuzda da koronavirus infeksiyasına yoluxan şəxsin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Rayon sakini C.Əsədovaya ev şəraitində müalicə təyin olunsa da o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. C.Əsədova şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və həkim briqadasının da iştirakı ilə evinə qaytarılıb.


Həmin şəxslər barəsində Rayon Polis Şöbələrində cinayət işi başlanılıb.


Nərmin

Xəbər lenti