Xəzər Xəbər

Türkiyə hərbçiləri Dağlıq Qarabağda nə qədər qalacaq? - YENİ AÇIQLAMA

Dünya | 12:32 • 22 Noyabr 2020
Türkiyə hərbçiləri Dağlıq Qarabağda nə qədər qalacaq? -

Türkiyə hərbçiləri Rusiya ilə birgə yaradılacaq Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.


Qeyd edək ki, noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun layihəsini qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə təqdim edilən qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Xəbər lenti