Xəzər Xəbər

Vyanada terror: Ölənlərin sayı artır

Dünya | 12:45 • 3 Noyabr 2020
Vyanada terror: Ölənlərin sayı artır

Vyanada terror hücumu zamanı ölənlərin sayı 4-ə çatıb.

Bu barədə Vyana şəhərinin meri Mixael Lüdviq açıqlama verib. Terror aktı nəticəsində 15 nəfər yaralanıb.


***


Vyana terrorunun qurbanlarının sayı üçə çatıb.


Bu barədə TASS ölkənin Daxili İşlər naziri Karl Nexammerin açıqlamasına istinadən xəbər verir:


"Üç nəfər ölüb, onlar mülki şəxslərdir. Ölən şəxslərdən dördüncüsü cinayətkardır”.


Nexammer qeyd edib ki, Avstriyanın mərkəzində atəş açan şəxsin azı biri İŞİD terror təşkilatının üzvüdür.


O, tüfənglə silahlanıb və kəmərinə bağladığı partlayıcı saxta olub.


***


Vyanada terror hücumu nəticəsində yaralananlardan biri də ölüb.


Bu barədə "RİA Novosti” şəhər meri (burqomistr) Mixael Lüdviqin açıqlamasına istinadla xəbər yayır.


Bildirilir ki, ölən şəxs qadındır. Bununla da ölənlərin sayı üç nəfərə çatıb. Qeyd edək ki, ölənlərdən biri terrorçudur.


M.Lüdviqin sözlərinə görə, terrorçulardan azı birinin azadlıqda olması səbəbindən küçədə qalan insanlar evlərinə getməyə qorxur, daldanacaqlarda gizlənirlər. Onlar polislərin köməyilə evlərinə yola salınır.

Xəbər lenti