Xəzər Xəbər

Bu gün ABŞ 46-cı Prezidentini seçir

Dünya | 09:51 • 3 Noyabr 2020
Bu gün ABŞ 46-cı Prezidentini seçir

Bu gün ABŞ-da 59-cu ümumi seçkilər keçiriləcək.


Prezident və vitse-prezidentlə yanaşı, amerikalılar 35 senator, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hakimiyyət orqanları rəhbərlərini seçməlidirlər.


Ağ Ev uğrunda mübarizədə Prezident Donald Tramp və vitse-prezident Maykl Pensla ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Kaliforniya ştatından senator Kamala Harris rəqabət aparır.


Qeyd edək ki, seçilmiş prezidentin inaqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

Xəbər lenti