Xəzər Xəbər

Əkrəm İmamoğlu koronavirusa yoluxdu

Dünya | 14:11 • 24 Oktyabr 2020
Əkrəm İmamoğlu koronavirusa yoluxdu

İstanbul Böyük Şəhər Bələdiyyə (İBŞB) sədri Əkrəm İmamoğlu COVID-19 virusuna yoluxub.


Bu barədə İBŞB sözçüsü Murad Onqun tvitter səhifəsindən bildirib:


"İstanbul BŞB sədrimiz Əkrəm İmamoğlunun COVID-19 testi müsbət çıxıb. Xəstəxanada müalicəyə başlayan sədrimizin səhhəti yaxşıdır. İctimaiyyətin nəzərinə çatdırırıq”.


Bununla yanaşı, Ə.İmamoğlu da tvitter səhifəsindən səsli müraciəti yerləşdirib:


"COVID-19 testim müsbət çıxdı, müalicə prosesi başladı. Səhhətim hazırda yaxşıdır, maraqlananların hamısına təşəkkür edirəm. Səhhətinizə və tədbirlərə mütləq diqqət yetirin, hamınızı sevirəm”.

Xəbər lenti