Xəzər Xəbər

Qonşu Gürcüstanda koronavirusa yoluxma sayı artdı

Dünya | 11:22 • 22 Oktyabr 2020
Qonşu Gürcüstanda koronavirusa yoluxma sayı artdı

Gürcüstanda son sutkada koronavirusa 1 595 yeni yoluxma halı qeydə alınıb, 398 nəfər sağalıb, 6 pasiyent isə vəfat edib.


Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.


Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 22 803-ə çatıb. Sağalanların sayı 9 401, vəfat edənlərin sayı isə 178 olub.


Karantin rejimində 4 408, stasionar nəzarətdə isə 3 155 nəfər saxlanılır. 1 848 asimptomatik xəstə xüsusi otellərdə müalicə olunur./report

Xəbər lenti