Xəzər Xəbər

Avstraliyada irqçilik əleyhinə aksiya keçirilir

Dünya | 17:56 • 6 İyun 2020
Avstraliyada irqçilik əleyhinə aksiya keçirilir

Avstraliyanın bir neçə şəhərində irqçilik əleyhinə "Black Lives Matter" aksiyaları başlayıb.

Trend-in məlumatına görə, aksiyalar ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə həsr olunub.

Etirazlar Brisben, Adelaida və Sidney şəhərlərində keçirilir. Sidneydə şəhər rəhbərliyi aksiya iştirakçılarına maskalar və dezinfeksiya vasitələri paylayıb.

Bir neçə gün əvvəl, məhkəmə qərarı ilə Sidneydə kütləvi aksiya keçirilməsi qadağan olunsa da, qərar sonradan ləğv edilib.

Xəbər lenti