Xəzər Xəbər

İstanbulun fəthindən 567 il ötür

Dünya | 14:55 • 29 May 2020
İstanbulun fəthindən 567 il ötür

Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopolun 1453-cü il mayın 29-da Osmanlı sultanı II Mehmet tərəfindən fəth edilməsindən 567 il ötür.


İstanbulun fəthinin ildönümü münasibətilə şəhərin Ayasofya Muzeyində fətih surəsi oxunacaq, gəmilərin İstanbul boğazında "Hörmət Keçidi” və xüsusi konsert proqramı təşkil olunacaq. Oxçular Vəqfində "Fətih” kuboku uğrunda yarış keçiriləcək.


Tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telekonfrans vasitəsilə iştirak edəcək.


İstanbulun fəthinin tarixçəsinə gəldikdə isə, Bizans İmperiyasının paytaxtı olan şəhər 1453-cü il aprelin 6-dan mayın 29-dək davam edən mühasirənin nəticəsində fəth edilib. Bu fəth Osmanlı imperiyasının yaranmasına, Bizans imperiyasının isə tarix səhnəsindən silinməsinə səbəb olub. İstanbul fəth edildikdən sonra bölgədəki dinc əhali tamamilə sərbəst buraxılıb ki, bu da sultanın əhali arasında nüfuzunu artırıb.


Şəhərin İstanbul adlandırılması ilə bağlı fərqli versiyalar mövcuddur. Bəzi mənbələrə görə, 1453-cü ildən əvvəl də bizanslılar şəhərə İstimboli, türklər isə Stanbol deyirdi. İstanbul boğazı isə bizanslılar arasında Hellaspont, türklər arasında isə Boğaz olaraq adlandırılırdı. Osmanlı hökmdarları şəhər üçün ad seçməyərək, sadəcə, "İslam şəhəri" mənasını bildirən "İslambol" adını qəbul ediblər. Türkiyə Respublikası qurulduqdan sonra isə şəhər rəsmi olaraq İstanbul adlandırılıb.


2019-ci ildəki son hesablamalara görə, hazırda İstanbulda fərqli din, dil və irqə mənsub 15 milyondan çox insan yaşayır. (AZƏRTAC)

Xəbər lenti