Xəzər Xəbər

Türkiyədən QƏRAR: dünyada İLK OLACAQ

Dünya | 13:11 • 22 May 2020
Türkiyədən QƏRAR:

Türkiyə koronavirus pandemiyasına qarşı tətbiq edilən tədbirlər çərçivəsində dünyada ilkə imza atacaq.

Hava limanlarına COVID-19 sertifikatları veriləcək.

Ölkənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlunun verdiyi məlumata görə, hava limanlarında koronavirusa qarşı bütün tədbirlər görüləcək.

Nazirin sözlərinə görə, artıq sertifikatlaşdırma proqramları bütün hava limanlarına göndərilib. Şərtlərə cavab verən müəssisələrə sertifikat veriləcək. Bu sertifikat eyni zamanda qarşılıqlı uçuşlar həyata keçirən ölkə və onların hava limanları ilə paylaşılacaq.

Xəbər lenti