Bakı 13 ℃
Xəzər Xəbər
USD 1.7

Gürcüstan quru sərhədlərindən ölkəyə girişlə bağlı qaydaları sərtləşdirib

Dünya | 257 | 16:43 • 26 Mart 2020
Gürcüstan quru sərhədlərindən ölkəyə girişlə bağlı qaydaları sərtləşdirib

Koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Gürcüstan quru sərhədlərindən ölkə ərazisinə giriş qaydalarını sərtləşdirib.

Bu barədə Gürcüstan Baş Nazirinin rəhbərlik etdiyi Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən bundan sonra ölkə ərazisinə quru yolu ilə yalnız "Sınıq Körpü” (Azərbaycan-Gürcüstan), "Sadaxlı” (Gürcüstan-Ermənistan), "Sarp” (Gürcüstan-Türkiyə) və "Kazbegi” (Gürcüstan-Rusiya) sərhəd-keçid məntəqələrindən daxil olmaq mümkün olacaq.

Qeyd edək ki, martın 21-dən etibarən Gürcüstanda fövqəladə vəziyyət elan edilib. Bu vaxta qədər ölkə ərazisində 77 nəfərdə virusa yoluxma təsdiqlənib.

Çox oxunanlar

Neftin bahalaşması davam edir
138 | 10:10 • 14 Aprel 2021