Xəzər Xəbər

Polis Departametinin 98 işçisində koronavirus aşkarlandı FOTO

Dünya | 11:21 • 23 Mart 2020
Polis Departametinin 98 işçisində koronavirus aşkarlandı

ABŞ-ın ən böyük meqapolislərindən biri olan Nyu Yorkun Polis Departamentində işləyən 98 nəfərdə koronavirus aşkarlanıb.

Departamentin komissarı Dermot Şeavirusa yoluxanlardan 70 nəfərinin polis, digərlərinin müxtəlif işçilər olduğunu bildirib.

Onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Nyu York ABŞ-da ən çox koronavirusa yoluxma faktının aşkarlandığı bölgədir. Şənbə günü Nyu Yorkun Presbiterian Tibb Mərkəzinin laboratoriyasında analiz edilən 500 koronavirus testinin yarısı pozitiv çıxıb.

ABŞ Kovid-19-un yayılma sürətinə görə dünyada 4-cü yerdədir (ilk üçlük - Çin, İtaliya, İspaniya). Ölkədə 34 min 953 nəfər infeksiyaya yoluxub. 457 nəfər ölüb.

Publika.az

Xəbər lenti