Xəzər Xəbər

Korona 18 ay davam edəcək Gizli hesabat

Dünya | 12:34 • 19 Mart 2020
Korona 18 ay davam edəcək

"ABŞ hökuməti - Covid-19 Müdaxilə Planı” adlı 100 səhifəlik hesabat yayımlanıb.

Bu barədə ABŞ-ın "Nyu York Tayms” qəzeti məlumat yayıb.

"Hesabatda bildirilir ki, ABŞ-da koronavirus 18 ay və daha uzun müddət davam edə bilər. Bu da ölkənin səhiyyə sistemini çətin vəziyyətə salacaq. Ölkə rəhbərliyi havalandırma sistemləri, tənəffüs cihazları və qoruyucu geyim kimi vacib tibbi avadanlıqların istehsalını sürətləndirməlidir”, - qəzet yazıb.

ABŞ-da yaxın gələcəkdə Covid-19 pandemiyasının yayılma sürəti və şiddətini proqnozlaşdırmağın çətinləşəcəyi də hesabatda qeyd edilir.

"Həmçinin, zaman keçdikcə hökumət, özəl sektor və fərdi istehlakçılar üçün əhəmiyyətli çatışmazlıqların ortaya çıxacağı barədə də xəbərdarlıq edilib”, - məqalədə bildirilib./axar.az

Xəbər lenti