Xəzər Xəbər

Rusiya prezidenti Ərdoğana başsağlığı verib

Dünya | 18:31 • 25 Yanvar 2020
Rusiya prezidenti Ərdoğana başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.


Bu barədə Kremlin saytında məlumat verilib.


"Rusiya xalqı zəlzələdə ailələrini və yaxınlarını itirənlərin acısını və kədərini bölüşür, xəsarət alanların hamısının tezliklə sağalacağına ümid edir”, - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.


Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.


Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.


Xəbər lenti