Xəzər Xəbər

Tibdə İNQİLAB: baş transplantasiyası bu tarixdə gerçəkləşəcək

Dünya | 14:36 • 23 Dekabr 2019
Tibdə İNQİLAB:

İnsan başının yeni bir orqanizmə transplantasiya edilməsi fikri artıq fantaziya mərhələsini aşıb.

Böyük Britaniyanın Hull Universitetinin sabiq beyin və sinir cərrahı Bryus Metyunun fikrincə, 2030-cu ilə qədər baş transplantasiyası gerçəkləşə bilər.

"Başlanğıcda niyyətimiz sadəcə beyin fırtınası etmək idi. Olduqca axmaq görünürdü. Amma sonra gördüm ki, əslində elə deyil. Beyin və onurğa iliyini birlikdə plantasiya etsəniz, baş nəqli mümkünsüz olmaya bilər”, - cərrah bildirib.

İndiyə qədər transplantasiya üzərində işləyən cərrahlar bu əməliyyat üçün onurğa iliyini başdan ayıraraq proseduru həyata keçirməyə çalışıb. Karyerası boyunca 10 mindən çox əməliyyata girən Bryus Metyu isə bu fikri tamamilə gülünc hesab edir.

Təcrübəli cərrah bu metodla gələcəkdə robotik gövdələrə baş nəqli etməyin mümkünlüyünü də vurğulayıb.

Qeyd edək ki, dünyada ilk dəfə baş transplantasiyası əməliyyatına könüllü şəkildə razı olan Valeri Spiridonov 3 illik hazırlıqdan sonra ötən il qərarından imtina etmişdi.

2017-ci ildə ilk baş transplantasiyasını gerçəkləşdirəcəyi iddiası ilə məşhurluq qazanan cərrah Serxio Kanavero, ilk əməliyyatı Çindəki klinikalardan birində cəsəd üzərində gerçəkləşdirdiyini açıqlamışdı./publika.az

Xəbər lenti